Berlində seçkilər təkrar keçiriləcək

Almaniyanın paytaxtı Berlində 2021-ci ildə keçirilən ümumi seçkilər 455 bölgədə aşkar edilən qanun pozuntularına görə təkrarlanacaq.
Federal Konstitusiya Məhkəməsi seçkinin ən geci 11 fevral 2024-cü ildə keçirilməsi lazım olduğunu bildirib.
Məhkəmə buna səbəb kimi seçki bülletenlərində səhvlərin olması və qutuların qanunla müəyyən edilmiş saat 18.00-dan gec bağlanmasını göstərib.
Qərara əsasən, seçki ən geci 11 fevral 2024-cü ildə bərpa edilməlidir.
Qeyd edək ki, 2021-ci ildə də keçirilən əyalət parlamentinə seçkilər Berlin Konstitusiya Məhkəməsi tərəfindən aşkar edilən pozuntulara görə 12 fevral 2023-cü ildə təkrarlanıb.
Mənbə: TRT Haber