Kim Çen In təxribatlara nüvə zərbəsi ilə cavab verəcəyini vəd edib


Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.


AFN.az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen In deyib.

Siyasətçi bir gün əvvəl, dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

“Hərbi fəaliyyət nümayiş etdirdik. Nnüvə strategiyası və doktrinasının təkamülünə görə, KXDR hətta düşmən nüvə silahı ilə təxribat törədən zaman nüvə hücumu ilə belə tərəddüd etməyəcək”, - deyə o söz verib.

Şimali Koreya 2022-ci ilin sentyabrında qanunvericilik səviyyəsində özünü nüvə dövləti elan edib.

“Nüvə Silahları Siyasəti” adlı fərman qəbul edilib ki, layihəyə əsasən, ölkə ona oxşar silahlardan və ya digər kütləvi qırğın silahlarından istifadə etməklə hücuma məruz qaldıqda, eləcə də belə bir hücumun qaçılmaz təhlükəsi yaranarsa, nüvə zərbəsi ilə cavab verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu