Bayden dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək üçün istifadə etmək istəyir


ABŞ prezidenti Baydenin administrasiyası müttəfiqləri ilə Ukraynaya hərbi yardım göstərmək üçün 300 milyard dollardan çox dəyərində dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı təcili danışıqlara başlamaq niyyətindədir.


Bu barədə “The New York Times” yazır.

ABŞ-ın maliyyə naziri Janet Yellen, Konqresin təsdiqi olmadan vəsaitlərin çıxarılmasına qanunla icazə verilmədiyini müdafiə edib. Bəzi yüksək rütbəli ABŞ rəsmiləri həmçinin ABŞ-ın pulu müsadirə etmək üçün presedent yaratacağı təqdirdə dünya ölkələrinin öz vəsaitlərini Nyu-York Federal Ehtiyatında və ya dollarla saxlamaqdan çəkinəcəyindən narahat olduqlarını bildiriblər.

ABŞ rəsmiləri deyirlər ki, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, diplomatlar və hüquqşünaslar arasında danışıqlar son həftələrdə intensivləşib.

Bayden administrasiyası İngiltərə, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyaya Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə, fevralın 24-nə qədər strategiya hazırlamaq üçün təzyiq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu