Bayden ABŞ-ın rekord müdafiə büdcəsini imzaladı


ABŞ prezidenti Co Bayden dekabrın 22-də 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 886 milyard dollardan çox vəsait təmin edən Milli Müdafiə Səlahiyyəti Aktını imzalayıb.



Bu barədə Ağ Evdən bildirib.

O, qanunun müddəaları ilə bağlı bir sıra qeyd-şərtlər ifadə edib ki, bu da onun fikrincə, ABŞ prezidentinin ölkəni beynəlxalq arenada təmsil etmək imkanlarını məhdudlaşdırır və məxfi məlumatların açıqlanmasına səbəb ola bilər.

Konqres dekabrın 14-də qanunu qəbul edib.

Yeni büdcədə Federal Təhqiqatlar Bürosunun mübahisəli xarici müşahidə proqramının 2025-ci ilin əvvəlinə qədər uzadılması müddəası saxlanılıb.
Ukrayna üçün qanun layihəsi 2024 və 2025-ci maliyyə illəri üçün 300 milyon dollar icazə verməklə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünü genişləndirib

Qeyd edək ki, Ukraynaya dəstək üçün ABŞ-ın müdafiə büdcəsinə daxil edilən vəsaitlər Konqresdə dayandırılmış 111 milyard dollarlıq əlavə maliyyələşdirmə qanun layihəsindən ayrıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu