Netanyahu: Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsiri yoxdur


İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evin İsrailin hərbi fəaliyyətinə heç bir təsirinin olmadığını deyib.


AFN.az-ın xəbərinə görə, bu barədə “Reuters” yazıb.

Xüsusilə də israilli siyasətçi Vaşinqtonun Təl-Əvivi hərbi fəaliyyətini genişləndirməməyə inandırması barədə xəbərləri təkzib edib. Netanyahu İsrailin suveren dövlət olduğunu vurğulayıb. “Müharibədə qərarlarımız əməliyyat mülahizələrimizə əsaslanır və mən bu barədə təfərrüata varmayacağam” - deyə o qeyd edib.

"The Wall Street Journal" İsrailin oktyabrın 7-dən sonra Livanda Hizbullahın infrastrukturuna hücumlara qarşı ABŞ prezidenti Co Baydendən xəbərdarlıq aldığını yazıb. Nəşrin mənbələrinin məlumatına görə, Amerika lideri İsrailin baş nazirinə xəbərdarlıq edib ki, bu cür hərəkətlər regionda genişmiqyaslı müharibəyə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu