Şri-Lanka 1 il ərzində Çin tədqiqat gəmilərinin öz limanlarına yanaşmasına icazə verməyəcək


Cənubi Asiya ölkəsi Şri-Lanka Hindistanın təhlükəsizlik narahatlıqlarına cavab vermək üçün Çin tədqiqat gəmilərinin öz limanlarında lövbər salmasını və azad iqtisadi zonasında fəaliyyətini müvəqqəti dayandıracaq.



Hindustan Times qəzetinin diplomatik mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Şri-Lanka hökuməti Çinin tədqiqat gəmilərinə 1 illik moratorium tətbiq edəcəyini Hindistan hakimiyyətinə çatdırıb.

Kolombo administrasiyası Çinin tədqiqat və kəşfiyyat gəmilərinin Hind okeanındakı fəaliyyətinə görə bir müddətdir ki, ABŞ və onun sahil qonşusu Hindistanın xəbərdarlıqları ilə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu