KİV: Danimarka altı F-16 qırıcısının Ukraynaya təhvil verilməsini təxirə saldı


Danimarkanın altı çoxməqsədli F-16 qırıcısının Ukraynaya təhvil verilməsi təxirə salınıb.


Bu barədə Danimarkanın “Berlingske” qəzeti yazır.

Krallığın Müdafiə Nazirliyindən nəşrə verilən məlumata görə, döyüş maşınlarının ikinci rübdə Kiyevə göndəriləcəyi gözlənilir.

Əvvəlcə çatdırılma 2023-2024-cü illər üçün nəzərdə tutulmuşdu. Məhz bu dövrü Danimarkanın baş naziri Mette Frederiksen 2023-cü ilin avqustunda Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında qeyd etmişdi. O, həmçinin 2024-cü ildə səkkiz, bir ildən sonra isə daha beş F-16-nın Ukrayna tərəfinə veriləcəyinə ümid etdiyini bildirib.

"Bəzi zəruri şərtlər, o cümlədən ukraynalı pilotların təlimi hələ də yerinə yetirilməyib" - deyə Danimarka Müdafiə Nazirliyi vəziyyəti izah edib. Hazırda altı ukraynalı pilot Danimarkada F-16-nı idarə etmək üçün təlim keçir, lakin qrafik həm də hava şəraitindən asılıdır.

Danimarkadan başqa, Hollandiya Ukraynaya bu tipli 18 qırıcı ötürmək niyyətindədir, lakin Amsterdam gözlənilən vaxt çərçivəsini açıqlamayıb. Belçika və Norveç də planlaşdırılan təyyarə sayını göstərmədən Kiyevə F-16-ları göndərəcəklərini vəd ediblər. "Ölkələrin F-16 koalisiyası Ukraynada lazımi infrastrukturun qurulmasını təmin etmək üçün işlərini davam etdirir" - deyə Danimarka Müdafiə Nazirliyi vurğulayb.

2023-cü il noyabrın əvvəlində Rumıniyadakı Fetesti hərbi hava bazasında ukraynalılar üçün F-16-da təlim mərkəzi açılıb. DW xəbər verir ki, pilot hazırlığının bir neçə ay çəkəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu