Noboa ölkəsindəki zorakılığın dünya üçün problem olduğunu deyib


Ekvador prezidenti Daniel Noboa bildirib ki, son vaxtlar ölkədə baş verən dəstə zorakılığı bütün dünya üçün problemdir.


Noboa BBC-yə 60 günlük fövqəladə vəziyyət (OHAL), elan edilmiş komendant saatı və ölkəsindəki ən böyük dəstələrdən biri olan "Los Choneros"un lideri Xose Adolfo Macias Villamardan sonra başlayan dəstə zorakılığı ilə bağlı qiymətləndirmələr edib.

2023-cü ilin noyabrında ölkənin ən gənc prezidenti olaraq vəzifəyə başlayan Noboa, sülhü bərpa etmək vəzifəsinin çətin olduğunu vurğulayaraq, "Terror təşkilatlarının oynamağa çalışdığı bu oyunu davam etdirə bilmərik" - deyə bildirib.

"Beynəlxalq ictimaiyyətin burada baş verənlərlə həqiqətən maraqlandığını görmək ümidvericidir" - deyən Noboa yaxın həftələrdə Ekvadora səfər edəcək hərbi və diplomatik heyətdən ibarət ABŞ nümayəndə heyəti ilə bağlı danışıb. O, problemin kökünün öz ölkəsində olduğuna və həll edilməsi lazım olduğuna işarə edib: "Bu problem bütün dünyanı əhatə edir, burada fəaliyyət göstərən narkotik terrorçuların Avropa və ABŞ-da əməliyyatları var".

Noboa həmçinin ölkədəki bir çox həbsxanada 180-ə yaxın həbsxana məmurunun cinayətkar dəstələr tərəfindən girov götürülməsi və girovların ailələrinin paytaxt Kitoda etiraz aksiyaları təşkil etməsi ilə bağlı açıqlamalar verib.

İnsanları girov götürməyin müharibənin çirkin tərəfi olduğunu deyən Noboa, bu şəxslərin azadlığa buraxılması ilə bağlı təfərrüatlar açıqlamayıb: "Silahlı qüvvələr və polislə daim əlaqə saxlayırıq. Bu insanların evlərinə qayıtması üçün əlimizdən gələni edəcəyik".

Həbsxanadan qaçan dəstə başçısı Villamarın harada olduğunu hələ bilmədiklərini ifadə edən Noboa, "Hazırda onu axtarırıq. Silahlı qüvvələr və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində izlədiyimiz ipucları var" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu