35 yaşlı Noboa Ekvadorun yeni prezidenti seçilib


Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərində 35 yaşlı keçmiş deputat Daniel Noboanın qalib gəldiyi təsdiqlənib.


Səslərin 91,46 faizinin hesablandığı Ekvadorda ilkin nəticələrə görə, Milli Demokratiya Hərəkatının namizədi Noboa 52,28 faiz, solçu Xalq İnqilabının namizədi Luisa Qonzales isə 47,72 faiz səs toplayıb.

Noboa qələbə nitqində sabahdan etibarən yeni Ekvador üçün çalışacaqlarını deyib.

Nəticələr yekunlaşdıqdan sonra Qonzales məğlubiyyətini etiraf edərək, "Demokratiya qalib gəldi, səmimi təbriklərimizi çatdırırıq" - deyə rəqibini təbrik edib.

Milli Seçki Şurasının (CNE) prezidenti Diana Atamaint də seçki qutularının 90 faizindən çoxunun açıldığını və Noboanın seçkiləri qabaqlayacağına əmin olduğunu bildirib.

Seçkiləri izləmək üçün 300 beynəlxalq müşahidəçinin iştirak etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu