Qırğızıstan-Tacikistan sərhədində daha 38 kilometr mübahisəli ərazi müəyyənləşib
Qırğızıstan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, sərhəd təyin komitələri yanvarın 10-16-da Qırğızıstanın Batken şəhərində toplaşıb.
Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 38,35 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunub. İşçi qruplar bununla bağlı protokol imzalayıblar.
Qrupların növbəti iclasının Tacikistanda keçiriləcəyi açıqlanıb.
Qırğızıstanla Tacikistan arasında 972 kilometrlik sərhədin 90 faizi ilə bağlı razılıq əldə olunub. Tərəflər sərhədin müəyyənləşdirilməsi danışıqlarını yazda başa çatdırmağı hədəfləyirlər.
Sərhəd kəndlərində yaşayan əhalinin başlatdığı münaqişələrə zaman-zaman iki ölkənin silahlı qüvvələri də cəlb olunub.
Xatırladaq ki, 14 sentyabr 2022-ci ildə baş verən ən son qarşıdurmada hər iki tərəfdən onlarla insan həyatını itirdi.