Tacikistan və Qırğızıstan mübahisəli sərhədin 169,48 kilometrlik hissəsi ilə bağlı razılıq əldə ediblər


Tacikistan və Qırğızıstan hökumətləri 2023-cü ildə mübahisəli sərhədin 169,48 kilometrlik hissəsi ilə bağlı razılıq əldə ediblər.



Tacikistan Torpaq İdarəetmə və Geodeziya Dövlət Komitəsinin və Topoqrafik İşçi Qrupunun sədri Orif Hocazadə paytaxt Düşənbədə keçirdiyi mətbuat konfransında ölkəsi ilə Qırğızıstan arasındakı mübahisəli sərhədlə bağlı açıqlama verib.

Hocazadə deyib ki, 2023-cü ildə Tacikistan və Qırğızıstanın topoqrafik işçi qrupları 15 görüş keçirib və nəticədə 169,48 kilometrlik dövlət sərhədi xətti müəyyən edilib.

İndiyədək müəyyən etdikləri ortaq sərhədin Tacikistan və Qırğızıstan arasındakı ümumi sərhədin təxminən 90 faizini təşkil etdiyini bildirən Hocazadə, problemin ən qısa zamanda həllini istədiklərini sözlərinə əlavə edib.

Qırğızıstan və Tacikistan arasındakı 972 kilometrlik ümumi sərhədin indiyə qədər təxminən 90 faizə bərabər olan 889,45 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunsa da, sonuncu dəfə yanvarın 30-dan fevralın 5-dək Qırğızıstanın Batken şəhərində görüşən tərəflər sərhədin əlavə 3,71 kilometri ilə bağlı razılığa gəlib, protokol imzalayıb.

Tacikistan və Qırğızıstan arasında sərhəd mübahisələrinə görə vaxtaşırı gərginlik və münaqişələr yaranıb və iki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu