İsrail ordusu Qəzzada daha 2 əsgərinin öldüyünü açıqlayıb


İsrail ordusu Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda daha 2 əsgərinin həlak olduğunu bildirib.



Ordudan verilən açıqlamada Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda 14-cü Briqada 87-ci Batalyonda xidmət edən əsgərlər Zəkəriyyə Pesaç Haber (32) və Yair Katzın (34) öldüyünü bildirilib.

İsrail ordusunun internet saytındakı məlumatlara görə, 2023-cü il oktyabrın 7-dən indiyədək 525 İsrail əsgəri öldürülüb, onlardan 190-ı quru döyüşləri zamanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu