Böyük dalğalar ABŞ bazasını vurdu


ABŞ-ın Marşal adalarındakı hərbi bazası nəhəng dalğaların "hücumuna" məruz qalıb.


Marşal adalarının Roi-Namur adasında nəhəng dalğalar hərbi dəniz bazasını vurub.

Şənbə günü baş verən hadisədə bazada yerləşən restoranın qapısı nəhəng dalğaların vurmasından sonra sınıb.

Bazanın böyük bir hissəsi su altında qalıb, hadisə nəticəsində bir nəfər yaralanıb, can itkisi olmayıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, elektrik enerjisində fasilə yaranıb və bazada böyük ziyan dəymiş təxminən 120 personaldan 80-i təxliyə edilib.

Meteorologiya xidməti həftəsonu əlverişsiz hava şəraiti ilə əlaqədar 3-5 metr hündürlüyündə nəhəng dalğaların yarana biləcəyi barədə xəbərdarlıq etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu