Ukrayna Təhlükəsizlik Xidməti vurulan Rusiya təyyarəsi ilə bağlı araşdırmalara başlayıb
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Belqorod vilayətində raketlə vurulan 65-i ukraynalı məhbus da daxil olmaqla 74 nəfərin həlak olduğu Rusiya təyyarəsi ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
SBU-dan verilən açıqlamada bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması ilə bağlı cinayət işi açıb. Məsələ ilə bağlı araşdırma 438-ci maddəyə uyğun aparılacaq.
Açıqlamada hadisə ilə bağlı bütün halların aydınlaşdırılması üçün tədbirlərin görüldüyü bildirilib.
Hadisə ilə bağlı Ukrayna tərəfinin Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub göndərəcəyi bildirilib.
Mənbə: AA