Rusiya İstintaq Komitəsi: "Qəzaya uğrayan İl-76 təyyarəsi Ukraynadan atılan raketlə vurulub"
Rusiya İstintaq Komitəsi içərisində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin olduğu İl-76 tipli Rusiya təyyarəsinin Ukraynadan atılan raketlə vurularaq ölkənin Belqorod vilayətində qəzaya uğradığını və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Komitədən verilən açıqlamada Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaların qurulan qruplarla davam etdiyi bildirilib.
Açıqlamada hadisənin terrorizmlə bağlı istintaq çərçivəsində araşdırıldığı vurğulanıb və “Hadisə yerində aparılan araşdırmadan əldə edilən ilkin məlumatlar da daxil olmaqla istintaq fəaliyyətlərinin ilkin nəticələri, təyyarənin zenit raketi tərəfindən hücuma məruz qaldığı qənaətinə gəlməyə imkan verir.
Açıqlamada qeyd olunub ki, sözügedən “terror aktı”nda iştirak edən Ukrayna ordusunun üzvlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.