Növbəti 2 ildə Azərbaycanda devalvasiya olacaq - EKSPERT


Bu il Azərbaycanda devalvasiya gözlənmir, lakin növbəti 2 ildə olacaq.


AFN.az xəbər verir ki, belə bir proqnozla iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Saytımıza açıqlamasında N.Cəfərli fikrini belə əsaslandırıb ki, Azərbaycanda uzun illərdir inzibati məzənnə rejimi mövcuddur: “Bundan əvvəl 2005-2015-ci illərdə oldu, sonra üçpilləli devalvasiyaya getdik. 2016-cı ildən bəri yenə sabit məzənnə rejimi mövcuddur. Bu daim belə ola bilməz. Artıq 8 ilddir biz sabit məzənnə rejimində, inzibati qaydada tənzimləmə mexanizmində yaşayırıq. Təbii ki, bundan sonra müəyyən qərarların verilməsinə ehtiyac yaranır. O mənada ki, Azərbaycanın ixracı azalır, neft hasilatı və neftdən gələn gəlirlər azalır, qazın qiyməti xeyli düşüb və nəticədə valyutaya olan tələbat artır. Valyutaya olan tələbatı müəyyən dərəcədə tənzimləmək üçün devalvasiya istiqamətində addımların atılması bir müddətdən sonra qaçılmaz olacaq. Mən düşünürəm ki, bu il olmayacaq. Lakin 2025-ci ilin sonu 2026-cı ilin əvvəllərində 10 illik sikl tamamlanır, növbəti on illik sikla qapı açılır. Üstəlik, hökumət valyuta rezervlərini qorumağa çalışır. Valyutaya çıxış imkanlarını məhdudlaşdırır, valyuta alışı və satışı ilə bağlı müəyyən məhdudiyyətlər var, yeni qaydalar tətbiq olunur. Bu, hamısı onun əlamətidir ki, Azərbaycanda Mərkəzi Bank və hökumət valyutanın daha az xərclənməsi yolunu tutub. Bütün bunların da sonda devalvasiya ilə nəticələnəcəyi gözləniləndir”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu