Aİ fermerləri Ukraynadan tədarüklə bağlı itkilərə görə kompensasiya etməyə çağırıb


Avropa Parlamentinin (AP) Çexiyadan olan üzvü Tomas Zdexovski Ukraynadan tədarükün artması nəticəsində avropalı fermerlərə dəyən zərərin ödənilməsinə çağırıb.


Deputat müraciətində Avropa İttifaqı (Aİ) fermerlərinin xərclərinin ödənilməsi ilə bağlı vurğulayıb: “Avropa Komissiyası Ukrayna ilə rüsumsuz ticarət rejimini daha bir il 2025-ci ilin iyun ayına qədər uzatmağı təklif edir. Ukraynaya dəstək davam etməli və bütün Aİ-yə üzv ölkələrin ümumi məqsədi olaraq qalmalıdır. Buna baxmayaraq, Ukraynanın kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı Aİ-də, o cümlədən Çexiyada malların profisitinə səbəb olur”.

Bununla bağlı o, birliyi avropalı fermerlərin çəkdiyi xərclərin ödənilməsinin mümkünlüyü sualına cavab verməyə çağırıb: "Komissiya Ukrayna ilə rüsumsuz ticarətin bitkiçilik sahəsində fermerlər üçün mənfi nəticələrini kompensasiya etmək üçün konkret tədbirlər təklif etməyi planlaşdırırmı? Komissiya bu cür tədbirləri, xüsusən də Avropa məhsuldar fermerlərini qorumaq üçün nə vaxt təklif edəcək və bu tədbirlər necə görünəcək?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu