Dünyanın ən bahalı qalxanı: Nadir şaha məxsus olub - FOTO


Dünyada ən bahalı əşyalar hər zaman marağa səbəb olub. Ən bahalı avtomobil, ən bahalı ev, ən bahalı aksessuar, ən bahalı brilyant, ən bahalı saat və s.-lə bağlı məlumatlar diqqətlə izlənilir.


Tarixi şəxsiyyətlərə məxsus əşyalar isə bu sırada ən maraqlıları hesab edilir. Bu əşyalardan biri də bəşəriyyət tarixində ən bahalı qalxandır. AFN.az xəbər verir ki, həmin titula Nadir şaha (1736-1747) məxsus olan qalxan sahiblənib. Kərgədan dərisindən hazırlanan və diametri 46 sm olan bu qalxan şpinel (qiymətli daş), brilyant, zümrüd və yaqutlarla bəzədilib. Qalxanın ortasında yerləşdirilən şpinel dünyanın ən böyüklərindən biri hesab olunur və çəkisi 225 karatdır. Ən böyük zümrüd 140 karatdır. Əksər brilyantların çəkisi 6-dan 8 karata qədər dəyişir.
Hal-hazırda qalxan İranın Milli Zərgərlər Muzeyində saxlanılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu