İspaniyada 14 mərtəbəli yaşayış binası yanıb


İspaniyanın şərqindəki Valensiya şəhərinin mərkəzində 14 mərtəbəli yaşayış binasında baş verən yanğında bütün bloklar yanıb.



İlk açıqlamalara görə, Valensiya şəhərinin Campanar rayonundakı yaşayış binasında yerli vaxtla saat 17.30 radələrində baş verən və hələ də davam edən yanğın nəticəsində 3-ü yanğınsöndürən də daxil olmaqla 13 nəfər yaralanıb.

Yanğının böyüklüyünə görə Valensiya Bələdiyyəsi yaxınlıqdakı şəhərlərdəki yanğınsöndürmə idarələrindən və Hərbi Təcili Yardım Korpusundan kömək istəyib.

Əraziyə çoxlu təcili yardım maşınları göndərilib, orada dərhal səhra xəstəxanası yaradılıb.

Müxtəlif bloklardan ibarət 14 mərtəbəli binanın yerləşdiyi ərazidə dayaq və koordinasiya bölməsi yaradılıb.

Səlahiyyətlilər bildiriblər ki, isti hava və külək yanğınsöndürmə idarəsinin işini çətinləşdirib.

Hadisə şahidləri yanğınsöndürmə briqadalarının yanan mənzilin eyvanlarından bir neçə nəfəri xilas etdiyini, alovdan qaçanların bir eyvandan digərinə tullandığını da bildiriblər.

Davam edən yanğının səbəbi, mənzildə neçə nəfərin olduğu və ya ölənlərin olub-olmadığı hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu