İspaniyada öküz qaçışı zamanı 1 nəfər ölüb


İspaniyanın Valensiya bölgəsində öküz qaçışı zamanı öküzün hücumu nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.


İspaniyanın şərqindəki Valensiya bölgəsində yerləşən Pobla de Farnals qəsəbəsində keçirilən öküz qaçışı yarışında qan tökülüb. Hadisə zamanı öküz buynuzunun dəyməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Səlahiyyətlilər mərhumun bədəninin 4 fərqli nahiyəsinə aldığı zərbələr nəticəsində ağciyər və qaraciyərindən yaralandığını və xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini açıqlayıb.

Bu kədərli hadisə ilə əlaqədar Pobla de Farnals şəhərinin yerli şurası şəhərdə öküz qaçışını və bütün digər tədbirləri dayandırmaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu