ABŞ İranın Rusiyaya mümkün ballistik raket tədarükünə reaksiyaların sərt olacağını açııqladı
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib ki, İranın Rusiyaya mümkün ballistik raket tədarükünə beynəlxalq ictimaiyyətin reaksiyası sürətli və sərt olacaq.
Kirbi gündəlik mətbuat brifinqində Reuters xəbər agentliyinin İranın Rusiyaya ballistik raketlər tədarük etdiyinə dair iddiası ilə bağlı qiymətləndirmələr edib.
Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Kirbi, İranın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığının təkcə Ukraynaya deyil, həm də İranın regiondakı qonşularına və beynəlxalq ictimaiyyətə zərər verəcəyini irəli sürüb.
Məsələni yaxından izlədiklərini və iddianı təsdiq edə bilmədiklərini ifadə edən Kirbi, “İran ballistik raketlər verməyə davam edərsə, beynəlxalq ictimaiyyətin reaksiyasının sürətli və sərt olacağına əmin ola bilərsiniz” bildirib.
Kirbi məsələni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) daşıya biləcəklərinə diqqət çəkərək, "Avropa və digər yerlərdəki müttəfiqlərimiz və tərəfdaşlarımızla əlavə müdaxilə variantlarını koordinasiya edəcəyik" vurğulayıb.
Keçmişdə Rusiya ilə İran arasındakı hərbi ortaqlığa qarşı hərəkətə keçmək imkanlarını xatırladan Kirbi gələcəkdə də eyni şeyi edəcəklərini qeyd edib.
Kirbi Rusiyaya verdiyi dəstəyə qarşı İrana əlavə sanksiyalar tətbiq edəcəklərini ifadə edərək, İranın Rusiyaya ballistik raketlər satması halında, daha da irəli getməyə hazır olduqalrını bildirib.
Reuters fevralın 21-də İran rəsmiləri ilə müsahibələrə əsaslanaraq verdiyi xəbərdə, İranın Rusiyaya təxminən 400 ballistik raket tədarük etdiyini iddia edib.