Ukrayna: "Tezliklə Rusiyaya havada asimmetrik cavab verəcəyik"


Ukrayna Baş Qərargah rəisi Oleksandr Sırskiy yaxın vaxtlarda Rusiyaya havada asimmetrik cavab verəcəklərini ifadə edərək, "Rus təyyarələrinin yanan sayı daha da artacaq" ifadələrini işlədib.



Sirskiy sosial media hesabından verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin ikinci ili olduğuna diqqət çəkib və bunun İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük müharibəsi olduğunu qeyd edib.

Ukraynanın müharibəyə müqavimət göstərdiyini bildirən Sirskiy, silah və evakuasiya arasında silah seçdiklərini, paytaxt Kiyevi və İlan adasını azad etdiklərini xatırladıb.

Xarkov hücumunun daha sonra həyata keçirildiyini və Xersonun azad edildiyini bildirən Sirski, "Ukrayna da əks-hücuma cəhd etdi, lakin təəssüf ki, obyektiv səbəblər üzündən istənilən nəticə əldə edilə bilmədi. Bu gün də düşmənə qarşı mübarizəmizi davam etdiririk” deyə vurğulayıb.

Sirski Rusiyanın hücumlarını dəf etməyə davam edən bütün ukraynalı əsgərlərə təşəkkür edib, həmçinin hərbi dəstək verən beynəlxalq tərəfdaşlara minnətdar olduğunu qeyd edib.

Tezliklə havada Rusiyaya asimmetrik cavab verəcəklərini bildirən Sirski, "Yanan Rusiya təyyarələrinin sayı daha da artacaq. Dövlət rəhbərliyi bunun üçün əlindən gələni edir" dyə qeyd edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial media hesabında etdiyi paylaşımda dünən Rusiyanın “A-50” tipli uzaqmənzilli radar aşkarlayan təyyarəsini vurduqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu