Almaniya Maksim Kuzminovun ölümü ilə bağlı İspaniya ilə əməkdaşlıq etdiyini açıqlayıb


Almaniyanın daxili işlər naziri Nensi Feser Kuzminov işində İspaniya ilə əməkdaşlıq etdiyini açıqlayıb.



Almaniya və İspaniya pilot Maksim Kuzminovun mümkün qətli işində əməkdaşlıq edirlər. Bunu Almaniyanın daxili işlər naziri Nensi Feser “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib.

Nensi Feser İspan hakimiyyət orqanları tərəfindən rusiyalı pilotun ölümü ilə bağlı araşdırmanı şərh edib. O, bu məsələdə İspaniya ilə əməkdaşlıq etdiyini açıqlayıb.

“Təhlükəsizlik xidmətlərimiz İspaniya hakimiyyəti ilə əlaqə saxlayır. Rusiyadan qaçan şəxsin qətli ilə bağlı istintaq tam sürətlə davam edir”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Kuzminovun ölümü ilə bağlı iddialara cavab verəcəyini vəd etmişdi. O, cavabın görülən tədbirlərə uyğun olacağına aydınlıq gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu