Vəba aşkarlanan gəmi karantinə alındı


Nəhəng Norwegian Dawn kruiz gəmisində təsbit edilən mədə xəstəliyi həyəcan təbili çalıb. Gəmidəki hər kəs karantinə alınıb. Araşdırmalar nəticəsində vəba xəstəliyinə dair heç bir dəlil aşkar edilməyib. Gəmi limana yanaşa bilib.



Cənubi Afrikaya gedən Norwegian Dawn kruizində bir sərnişin mədə narahatlığını bildirdikdən sonra həyəcan təbili çalınıb.

Gəmi Mavrikiy sahillərində karantinə alınıb.

Açıqlamada "13 fevral 2024-cü ildə Cənubi Afrikaya səfər zamanı az sayda qonaq mədə ilə əlaqəli yüngül xəstəlik əlamətləri yaşayıb. Gəminin Mavrikiyanın Port-Luis şəhərinə qayıtmasından sonra gəminin idarə heyəti yerli hakimiyyət orqanları ilə görüşüb və gəmidə olan hər kəsin sağlamlığını təmin etmək üçün görülən tədbirləri və işləri təsdiqləyib” ifadələri işlənib.

Beynəlxalq ictimaiyyətdə gəmidə sərnişinlərdən bəzisinin vəba xəstəliyinə tutulduğu və bu səbəbdən karantinə alındığı bildirilib və, başqa bir açıqlama ilə karantin təsdiqlənib. Xəstəliyin səbəbi ilə bağlı açıqlama verilib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Giriş icazəsi verilməzdən əvvəl yerli hakimiyyət orqanları tərəfindən əlavə sınaqlara ehtiyac olduğuna görə, Mavrikiy hökuməti hazırkı kruizin enişini və növbəti kruiz səfərinə başlamasını iki gün 27 fevral 2024-cü il tarixinədək təxirə salıb."

Qeyd edək ki, gəmidə 2 min 184 sərnişin və 1026 ekipaj üzvü var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu