Almaniyada qaçqınlar məcburi şəkildə işləməlidirlər - Reinhard Sager


Almaniya Regional İdarələr Assosiasiyası bildirib ki, ölkədə işləyə bilən bütün sığınacaq axtaran şəxslər məcburi şəkildə işləməlidirlər.



Almaniya Regional İdarələr Assosiasiyasının prezidenti Reinhard Sager yerli mətbuata verdiyi açıqlamada dövlətin maliyyə dəstəyinin qeyd-şərtsiz olmamalı olduğunu bildirib.

Federal hökuməti Sığınacaq Axtaranlara Yardım Aktını dəyişdirməyə çağıran Sager, "Almaniyada uzun müddət yaşayan hər kəs işləmək məcburiyyətindədir. Cəmiyyətin gözlədiyi və bir çox qaçqının da istədiyi budur. Gələcəkdə qaçqınlar təkcə xeyriyyə işlərində deyil, özəl şirkətlərdə də işləməyə icazə verilməlidir." deyə qeyd edib.

Qaçqınlardan xeyriyyə işlərində yalnız bir neçə bələdiyyənin faydalandığını ifadə edən Sager, qaçqınların, xüsusən də kadr çatışmazlığı olan yerlərdə şirkətlərə işçi kimi təqdim edilməsi lazım olduğuna diqqət çəkib.

Federal hökumətə etdiyi çağırışda Sager, ölkədəki bütün işləyə bilən sığınacaq axtaranların işləməsinin tələb olunmasını istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu