Çinin taikonavt komandası ikinci kosmos yürüşünü həyata keçirib


Çinin Yer orbitində qurduğu Tiengong Kosmik Stansiyasında çalışan "Shincou-17" taikonavt komandası ikinci kosmos yürüşünü həyata keçirib.



Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taikonavtlar Tang Hongbo, Tang Şıngcie və Jiang Şinlin quru qrupunun dəstəyi ilə stansiya xaricindəki fəaliyyəti tamamlayıblar.

Təxminən 8 saat davam edən kosmos səyahəti zamanı taikonavt komandası stansiyanın əsas modulu "Tienhi"nin günəş panelinin təmirini və digər texniki əməliyyatları həyata keçirib.

Bu, stansiyada həyata keçirilən 13-cü kosmos yürüşü və "Shincou-17" missiyası çərçivəsində stansiyaya göndərilən taikonavt komandasının ikinci kosmik maşındankənar fəaliyyəti olub.

"Shincou-17" taikonavt komandası oktyabrın 26-da stansiyaya göndərilib. Stansiyada 6 ay çalışacaq komanda kosmos elmi təcrübələri, texniki sınaqlar və kosmik maşındankənar kənar modulların quraşdırılması işlərini həyata keçirir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu