Çinin "Tiencou-7" yük gəmisi kosmik stansiyaya çatıb


Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyinin (CMSA) verdiyi açıqlamada, "Tiencou-7" yük gəmisinin kosmik stansiyanın əsas modulunun arxa estakadasına lövbər saldığı bildirilib.



Açıqlamada stansiyadakı taikonavtların mekikə girərək planlaşdırılmış şəkildə təchizatları köçürəcəkləri bildirilib.

Mekik ötən gecə “Long March 7 Y8” raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Başlatma Mərkəzindən buraxılıb.

Təchizat ekspedisiyası 2023-cü ilin oktyabrında kosmik stansiyaya göndərilən taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir. Yük servisi 260 ədəddən ibarət 5,6 ton ağırlığında yük daşıyır.

Çin daha əvvəl kosmik stansiyaya 2021-ci ildə "Tiencou-2" və "Tiencou-3", 2022-ci ildə "Tiencou-4" və "Tiencou-5", 2023-cü ildə isə "Tiencou-6" ilə təchizat uçuşları həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu