İtlərin parçaladığı uşağın vəziyyəti son durumu ilə bağlı AÇIQLAMA


Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin ağır olduğu bildirilirdi.


Azyaşlının anası Fatma Şahbazova hadisə ilə bağlı danışarkən qeyd edib ki, dostları ilə həyətdə oynadığı vaxt üç it oğluna hücum edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb.

Modern.az azyaşlının bugünkü vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.

Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd uşağın hazırkı vəziyyəti ilə bağlı saytımıza bunları deyib:

“İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiyada müalicəsi davam etdirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu