Xaçmazda məktəbdə xəsarət alan şagirdə təcili yardım ÇAĞIRILMADI – ŞİKAYƏT+VİDEO


Xaçmazdakı məktəblərin birində dərs zamanı xəsarət alan şagirdin ailəsi şikayətçidir.


AFNaz xəbər verir ki, Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin 9-ci snif şagirdi Rəsul Məmməd oğlu Yağmurova daşla xəsarət yetirilib. Həmin məktəbin 8-ci sinif şagirdlərindən biri idman meydançasında daşla Rəsul Yağmurovun üz nahiyəsindən ciddi zərbə endirib. Ailə və şahidlər hadisənin təsadüfən baş verdiyini bildirirlər və qarşı tərəfdən şikayətləri yoxdur.
Lakin R.Yağmurovun atası Məmməd Yağmurov dərs zamanı baş verən olayda ciddi xəsarətlərlə üzləşən oğluna məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılmadığını bildirib. M.Yağmurovun sözlərinə görə, oğlunun həm sinif rəhbəri, həm də məktəb direktoru olan Vüsalə Yusifli hadisənin baş verməsi ilə bağlı heç bir hərəkət etməyib: "Nə mənə vaxtında məlumat verib, nə ilkin tibbi yardım göstərib, nə də təcili yardım çağırıb".
Ata övladına məktəbdə etinasız münasibət göstərilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.
Məsələ ilə bağlı Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin direktoru Vüsalə Yusifli ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, baş verən hadisədən xəbərdardırlar, araşdırma aparılır.
Mövzunu diqqətdə saxlayacağıq...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu