Bakıda əfqan şagirdi sinif yoldaşının atası döyüb


Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.



AFN "Report"a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu