BƏƏ güclü yağışlarla əlaqədar "narıncı" xəbərdarlıq elan edib


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkəyə yağan leysan yağışları səbəbindən "narıncı" xəbərdarlıq səviyyəsi elan edib.



Bu barədə məlumatı "Khaleej Times" yayıb.

O da bildirilir ki, həftəsonunun əvvəlindən BƏƏ-nin müxtəlif ərazilərində güclü tufan və güclü küləklə müşayiət olunan leysan yağışları davam edir. Bu səbəbdən ölkədə bütün kütləvi tədbirlər ləğv edilib və məşhur istirahət yerləri bağlanıb.

Təhlükəli hava şəraiti ilə əlaqədar BƏƏ səlahiyyətliləri bütün əmirliklər üçün "narıncı" xəbərdarlıq səviyyəsi elan edib və yerli sakinlərə və turistlərə evdə qalmağı tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu