Fransanın 64 departamentində istilərlə əlaqədar xəbərdarlıq səviyyəsi artırılıb


Meteoroloqlar Fransanın materik hissəsindəki 96 departamentdən 64-ü üçün narıncı və sarı xəbərdarlıq səviyyələri veriblər.


Bu barədə "Meteo France" milli meteorologiya xidməti məlumat yayıb. Bildirilir ki, 50 departamentdə iqlim təhlükəsinin narıncı (sondan əvvəlki) səviyyəsi, daha 14 departamentdə isə sarı səviyyə elan edilib".

Meteoroloqlar bildiriblər ki, bazar günü ölkənin cənubundakı bir çox kommunalarda temperatur 40 dərəcəni keçib. Xüsusilə, Karkasonda termometrlər 40,8 dərəcəni, Nimesdə 41 dərəcəni göstərib. 42,2 dərəcə ilə Salendre və Gropier isə rekorda imza atıb.

Bununla bağlı meteoroloqlar yerli sakinlərə mümkün qədər gündüzlər küçəyə çıxmamağı, daha çox su içməyi, həmçinin meteohəssas insanlara diqqət etməyi tövsiyə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu