Dəniz tısbağası yeyən 8 nəfər ölüb, onlarla adam xəstəxanaya yerləşdirilib


Afrikanın Hind okeanındakı Zənzibarın Pemba adasında dəniz tısbağası əti yeyən 78 nəfər xəstəxanaya yerləşdirilib.


Turistlərin çox bəyəndiyi yerli yemək olan dəniz tısbağası əti Zanzibar arxipelaqının Pemba şəhərində ölümlərə səbəb olub.

Çelonitoksikasiya adlanan qida zəhərlənməsi növünə vaxtaşırı səbəb olan tısbağa əti səbəbindən 78 nəfər xəstəxanaya yerləşdirilib, 8 uşaq və 1 böyük ölüb.

Mkoani rayon səhiyyə direktoru Dr. Hacı Bakari deyib ki, cümə günü ölən böyüklər daha əvvəl ölən uşaqlardan birinin anası olub. Bakari xəstənin çərşənbə axşamı günü tısbağa əti yediyini bildirib.

Bakari "Associated Press"ə bildirib ki, laboratoriya testləri xəstələrin hamısının dəniz tısbağası əti yediyini təsdiqləyib.

Zənzibar səlahiyyətliləri bölgəyə böhrana nəzarət qrupu göndərərək dəniz tısbağalarını istehlak etməməyə çağırıb.

2021-ci ildə 3 yaşlı uşaq da daxil olmaqla 7 nəfər dəniz tısbağasından zəhərlənərək ölmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu