Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb


Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb və bütün ekipaj girov götürülüb.



Bu barədə Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam məsələ ilə bağlı AA-ya açıqlama verib.

Alam Hind okeanında qaçırılan Banqladeş bayraqlı "MV Abdullah" yük gəmisinin Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru yola düşdüyünü və kömür daşıdığını bildirib.

Ağır silahlar daşıyan dəniz quldurlarının gəmiyə nəzarəti ələ aldığını bildirən Alam, girov götürülən 23 nəfərlik bütün heyətin təhlükəsiz şəraitdə olduğunu qeyd edib.

"Hökumət bütün mümkün diplomatik vasitələrdən istifadə edərək ekipajı və gəmini xilas etməyə çalışır", - deyə Alam bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu