AFFA prezidenti və millinin baş məşqçisi kim olacaq?
İşçi qrupunun iclasında Azərbaycan millisinə yerli və ya əcnəbi məşqçi olması fikirləri səsləndirilməyib.
Bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Baş katib bildirib ki, yeni gələcək baş məşqçinin milli komandanın kriteriyalarına uyğun olması önəmlidir:
"Hələ ki Azərbaycan milli komandasına baş məşqçi seçimi barədə vaxta ehtiyacımız var".
Sərxan Hacıyev qeyd edib ki, bu günədək AFFA-ya prezidentliyə namizəd olmaq istəyən hər hansı bir şəxs müraciət etməyib:
"Nizamnaməyə görə konfransa 10 gün qalmışa kimi bütün müraciətlər tamamlanmalıdır. Hazırda isə bu proses üçün zaman var".