Kosmosda ilk Michelin ulduzlu yemək təcrübəsi


Kosmik turizm şirkətlərindən biri olan "SpaceVIP" Michelin ulduzu aşpaz Rammus Munk ilə kosmosda şam yeməyi təcrübəsinə hazırlaşır.



İlk lüks kosmos turizmi şirkətlərindən biri olan "SpaceVIP" Michelin ulduzlu Danimarkalı aşpaz Rasmus Munk ilə kosmosda immersive yemək təcrübəsinə ev sahibliyi edəcək. Cəmi 6 nəfərin qatılacağı xüsusi şam yeməyi adambaşına təxminən 500 min dollar başa gələcək.

500 min dollar ödəyən 6 nəfər yer atmosferinin kənarında 6 saatlıq səyahətə çıxacaq.

Nahardan əldə olunan bütün gəlir elm və texnologiya sahəsində gender bərabərliyini dəstəkləyən Kosmik Mükafat Fonduna bağışlanacaq.

Michelin ulduzlu aşpaz və altı qonağı 2025-ci ilin sonunda Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu