Pakistanda sərçələr sayılacaq
Pakistanın Karaiçi şəhərində sürətlə azalan sərçələrin sayımının aparılacağı bildirilib.
Pakistandakı vəhşi təbiət rəsmiləri təxminən 20 milyon insanın yaşadığı metropolda sərçələrin olduğu xüsusi yerlərə diqqət yetirəcəklər.
Sind əyalətinin vəhşi təbiət xidmətinə cavabdeh olan Caved Mahar sayımın nəticələrinin martın 20-də açıqlanacağını bildirib.