ABŞ-da vəhşi təbiət mərkəzində yanğın: Bütün heyvanlar tələf olub


ABŞ-ın Florida ştatındakı vəhşi təbiət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində mərkəzdəki heyvanların, demək olar ki, hamısı tələf olub.


Yanğın bu gün səhər ABŞ-ın Florida ştatında, Madeyra-Biç şəhərində Alligator və Vəhşi Təbiət Kəşf Mərkəzində başlayıb.

Mərkəzin sosial media hesabından edilən açıqlamada "Biz viran olduq" - deyə bildirilir.

Vəhşi təbiət mərkəzinin sahibi Sonny Flynn yerli kanallara bildirib ki, mərkəzdə məməlilər, kərtənkələlər, amfibiyalar, tısbağalar və timsahlar da daxil olmaqla 250 heyvan varmış.

Flynn qeyd edib ki, mərkəzdəki heyvanların əksəriyyəti əvvəllər mülkiyyətdə olan, lakin onlara qulluq çətinliyi səbəbindən geri gətirilən heyvanlardır.

Səlahiyyətlilər yanğının səbəbini öyrənmək üçün araşdırmalara başladıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu