Latviya seçkilərdə iştirak edən 4 Rusiya vətəndaşını deportasiya etdi


Latviya ötən həftə sonu Rusiyada keçirilən prezident seçkilərində iştirak etmiş 4 Rusiya vətəndaşını deportasiya etmək niyyətində olduğunu açıqlayıb.


Bu barədə ölkənin Vətəndaşlıq və Miqrasiya İdarəsi (OCMA) özünün Facebook səhifəsində məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya səfirliyindəki seçki məntəqəsində növbəyə duran rusiyalıların sənədlərini yoxlayıb və yaşayış icazəsi müddəti bitmiş 29 nəfəri saxlayıb.

Dövlət Sərhəd Xidməti tərəfindən başlanmış prosedurlar başa çatdıqdan sonra yaxın günlərdə Vətəndaşlıq və Miqrasiya İdarəsi tərəfindən 4 nəfərə 30 gün ərzində Latviya Respublikasının ərazisindən çıxmağı nəzərdə tutan könüllü getmə əmri veriləcək.

Bundan əlavə bir Rusiya vətəndaşının yaşayış icazəsi yanvar ayında ləğv edilib və buna görə də o, aprelin 1-dək ölkəni tərk etməlidir. Daha yeddi vətəndaşın Avropa İttifaqında qalmaq icazəsi var, qalan 17 vətəndaş isə yaşayış icazəsinin alınmasını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu