İsveç Quranı yandıraraq aksiya keçirən Momikanı deportasiya edir
İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.
İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Cesper Tengroth TV4 kanalına verdiyi açıqlamada Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söylədi.
Tenqrot bildirib ki, həmin tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.
Momikanın yalan ifadəsi səbəbiylə bu qərarı aldıqlarını ifadə edən Tenqrot "Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etməyə qərar verdik. Həmin şəxsin 5 il müddətinə İsveçə girişinə qadağa qoyuldu" - deyə qeyd edib.
Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.