ABŞ və Yaponiya kosmosda nüvə silahının inkişaf etdirilməməsinə çağıran qətnamə layihəsi təqdim ediblər


ABŞ və Yaponiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına dövlətləri kosmosda Yerin orbitinə yerləşdiriləcək nüvə və ya digər silahlar hazırlamamağa çağıran qətnamə layihəsi təqdim ediblər.



ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT TŞ-nin denuklearizasiya sessiyasında çıxış edib.

Dövlətləri Kosmos Müqaviləsi çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağıran Tomas-Qrinfild Yerin orbitinə nüvə silahının yerləşdirilməsinin təhlükəli və qəbuledilməz olacağını bildirib.

Tomas-Qrinfild Yaponiya ilə birgə qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etdiklərini bildirdi.

Kosmos Müqaviləsi çərçivəsində tərəflərin əsas öhdəliklərinin bu qətnamə layihəsi ilə təkrarlandığını ifadə edən Tomas-Qrinfild, dövlətlərin xüsusi olaraq yerin orbitinə yerləşdiriləcək nüvə və ya digər silahları inkişaf etdirməməyə çağırıldığını da qeyd edib.

Sessiya zamanı Yaponiyanın xarici işlər naziri Kamikava Yoko kosmosda sülhün vacibliyini vurğulayıb və bu məsələ ilə bağlı hüquqi öhdəliklərə əməl edilməli olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu