ABŞ-ın BMT-dəki səfiri: Yəmənə zərbələr Qırmızı dənizdə sabitlik üçün həyata keçirilib


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild ABŞ-ın Yəməndəki husilərə qarşı hərbi hücumlarını müdafiə edərək, zərbələrin Qırmızı dənizdə sabitliyi bərpa etmək və naviqasiya azadlığının əsas prinsiplərinə hörmət etmək üçün edildiyini bildirib.


Bu barədə CNN məlumat yayıb.

Tomas-Qrinfild ABŞ-ın bölgədə münaqişənin davam etməsini istəmədiyini bildirsə də, mənşəsindən və mənsubiyyətindən asılı olmayaraq Qırmızı dənizdəki istənilən gəmiyə hücumların tamamilə qəbuledilməz olduğunu təkrarlayıb. O, bütün iddialara baxmayaraq, husilərin hücumuna məruz qalan gəmilərin əksəriyyətinin İsraillə heç bir əlaqəsi olmadığını söyləyib.

O, BMT üzvlərini husilərdən hələ də saxlanılan bütün ekipajların və gəmilərin təhlükəsiz buraxılmasını təmin edərək gəmilərə hücumları dayandırmağı tələb etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu