ABŞ BMT-ni Qırmızı dənizdə husilərin hücumlarına qarşı təcili tədbir görməyə çağırıb


Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını Qırmızı dənizdə gəmilərə hücum edən iranpərəst husilərə qarşı təcili tədbir görməyə çağırıb və İrana xəbərdarlıq edib.



ABŞ-ın BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuranın dünənki iclasında iranpərəst husilərin Qırmızı dənizdə gəmilərə hücumları ilə bağlı qiymətləndirmə verib.

Lu Husilərin dekabrın 31-də yük gəmisinə minməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirməsinə baxmayaraq, 2023-cü il noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirdiklərini və yanvarın 3-də başqa bir konteyner gəmisini hədəfə aldıqlarını söyləyib.

Lu İranın BMT-nin sanksiyalarını pozaraq, inkişaf etmiş silah sistemləri, o cümlədən pilotsuz uçuş aparatları, qurudan atılan qanadlı raketlər və ballistik raketlər və maliyyə dəstəyi sayəsində husilərin hücumlarını davam etdirə bildiyini vurğulayıb.

Lu bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var, ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək.

Lu Husilərin hücumlarının dəniz təhlükəsizliyi, beynəlxalq gəmiçilik və ticarət üçün ciddi nəticələri olduğunu və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və naviqasiya azadlığı ilə bağlı təcili tədbirlər görməsinin həyati əhəmiyyət daşıdığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu