Avropa İttifaqı qeyri-qanuni miqrasiya ilə mübarizəni və böhranlara hazırlığı gücləndirməyi hədəfləyir
Avropa İttifaqı qeyri-qanuni miqrasiyanı, insan alveri ilə mübarizəni və böhranlara hazırlığın gücləndirilməsi mesajını verib.
Belçikanın paytaxtı Brüsseldə keçirilən AB sammitində qəbul edilən ortaq bəyannamədə miqrasiyaya hazırlıq və böhranlar başlıqları yer alıb.
Bəyannamədə Aİ Şurasının miqrasiya ilə bağlı hərtərəfli yanaşmanı davam etdirəcəyi və Aİ-yə daxil olan qeyri-qanuni mühacirlərin 90 faizindən çoxunun bunu qaçaqmalçıların köməyi ilə həyata keçirdiyi bildirilir.
Bəyanatda bildirilib ki, Aİ Şurası Komissiyanın insan alveri və qaçaqmalçılıqla effektiv mübarizə aparmaq üçün əlində olan bütün vasitələri gücləndirmək və bu problemi həll etmək üçün qlobal ittifaq yaratmaqda dəstəkləyir.
Bəyannamədə qlobal böhranlara qarşı hərbi və mülki hazırlığın və strateji böhranın idarə edilməsinin gücləndirilməsi və əlaqələndirilməsinin vacib ehtiyac olduğu vurğulanıb və Komissiyadan böhrana hazırlıq strategiyası hazırlaması tələb olunub.
Bəyannamədə həmçinin Komissiyadan bütün cəmiyyəti hədəf alan təhlükələrə qarşı Aİ səviyyəsində hazırlaşmağa və böhrana reaksiyanı gücləndirəcək fəaliyyət planı hazırlamağa çağırılıb.
Dünən başlayan sammitin ilk günündə başda Ukrayna və Qəzza olmaqla gündəmdəki qaynar mövzular müzakirə edilib və Qəzzada davamlı atəşkəsə səbəb olan təcili humanitar atəşkəs çağırışı edilib.
Ukraynadakı müharibə ilə bağlı keçirilən sessiyada Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya verməyə razılaşıblar.