Ukrayna Moskvadakı hücumla heç bir əlaqəsinin olmadığını açıqladı
Ukrayna Rusiyanın paytaxtı Moskvada konsert salonuna edilən hücumla heç bir əlaqəsi olmadığını açıqlayıb.
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak özünün Telegram hesabında Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı açıqlama verib.
Sözügedən hücumla Ukraynanın heç bir əlaqəsi olmadığını qeyd edən Podolyak, "Bu hadisələr təcavüzkar ölkə rəhbərliyinin öz xalqına qarşı həyata keçirdiyi terrorun əlamətlərini daşıyır" ifadələrini işlədib.