ABŞ-da 1,13 milyard dollarlıq "Mega Millions" lotereyası sahibini tapıb


Nyu-Cersi ştatından olan bir şəxs ABŞ-da təxminən 1,13 milyard dollar dəyərində "Mega Millions" lotereyasında qalib gəlib.

CNN-in məlumatına görə, səlahiyyətlilər ABŞ tarixində beşinci ən böyük cekpotun verildiyi "Mega Millions" lotereyasının sahibini tapdıqlarını açıqlayıb.

Təxminən 4 aya yaxındır davam edən və Nyu Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub.

Ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi çəkilən ilk 5 topun nömrələrini uyğunlaşdırmaqla ən azı 1 milyon dollar məbləğində mükafat qazanıb. Nyu Yorkda isə bir nəfər 2 milyon dollar alıb.

Cekpotun qalibi mükafatın il ərzində ödənilməsi variantını qəbul edərsə, bütün 1,13 milyard dollara, birdəfəlik ödənilməsinə üstünlük verərsə, 537,5 milyon dollara sahib olacaq.

ABŞ-ın 45 ştatında, paytaxt Vaşinqtonda və Virciniya adalarında oynanan “Mega Millions” oyunu sonuncu dəfə 2023-cü il dekabrın 8-də olub.

Ölkə tarixindəki ən böyük lotereya cekpotları 2022-ci ilin noyabrında 2,04 milyard dollar və 2016-cı ilin yanvarında 1,586 milyard dollarlıq Powerball lotereyaları olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu