AŞPA Kosovonun Avropa Şurasına tamhüquqlu üzv olmasını tövsiyə edən hesabatı təsdilədi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi Kosovonun ilkin şərt olmadan Şuraya tamhüquqlu üzv kimi qəbul edilməsini tövsiyə edən hesabatı təsdiqləyib.
Kosovo prezidenti Vjosa Osmani sosial media hesabındakı paylaşımında AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsinin ölkəsinin Şuraya üzv qəbul edilməsini tövsiyə edən hesabatı təsdiqlədiyini açıqlayıb.
Osmani postunda üzvlüklə bağlı daha bir addımın tamamlandığını vurğulayaraq, "Kosovonun tam üzvlüyü vasitəsilə bütün vətəndaşlarımızın Avropa Şurası alətlərinə lazımi şəkildə çıxışını təmin etmək üçün müttəfiqlərimizlə işləməyə davam edəcəyik" bildirib.
Kosovo xarici işlər və diaspor nazirinin müavini Kreşnik Ahmeti də sosial media hesabında paylaşım edib və bildirib ki, məruzəçi Dora Bakoyannis tərəfindən hazırlanmış və Komitə tərəfindən bu gün təsdiqlənmiş hesabatda ölkəsinin Avropa Şurasına üzvlüyü heç bir əlavə ilkin şərt olmadan tövsiyə olunub.
Əhmədi qeyd edib ki, hesabata görə, Kosovonun üzvlükdən əvvəl üzərinə götürməli olduğu öhdəliklərin heç birinin yerinə yetirilməsinə ehtiyac yoxdur.
AŞPA Baş Assambleyası aprelin 18-də Kosovonun Şuraya üzvlük müraciətinə səs verəcək. Ərizə Baş Assambleyanın səsverməsindən keçərsə, Kosovonun Şuraya üzvlüyü ilə bağlı son sözü may ayında toplanacaq Avropa Şurası Nazirlər Komitəsi deyəcək.
Bu ay Kosovo hökuməti Deçan monastırının ətrafındakı 24 hektar ərazinin sözügedən monastıra verilməsi qərarını həyata keçirib ki, bu da ölkənin Avropa Şurasına üzvlüyünə zəmin yaradacaq.
2008-ci ildə Serbiyadan birtərəfli müstəqilliyini elan edən Kosovo, Rusiyanın şura üzvlüyündən çıxarılmasından sonra 2022-ci il mayın 12-də Avropa Şurasına üzvlük üçün rəsmi müraciət edib.