"Avromed"dən açıqlama: “Vita Aptekləri”nin şirkətlə hüquqi bağlılığı yoxdur


“Avromed Company” QSC "Truksal" dərmanı ilə bağlı açıqlama yayıb.


AFN.az-a daxil olan açıqlamada bildirilir ki, şirkət mətbuatda dərc olunan xəbərləri təkzib edir.
"Bəzi kütləvi informasiya vasitələrində “Vita Aptekləri” MMC -nin “Avromed Company” QSC-yə aid olması və 17 manatlıq "Truksal" preparatının 37 manata satılmasına dair xəbərlərlə əlaqədar bildirmək istərdik ki, “Vita Aptekləri” MMC -nin hüquqi cəhətdən “Avromed Company” QSC ilə heç bir əlaqəsi yoxdur.
Sözügedən dərman preparatı "Truksal" “Vita Aptekləri” MMC tərəfindən Tarif Şurasının təsdiq etdiyi qiymətlə satılır. Həmin preparatın Tarif Şurası tərəfindən təsdiqlənmiş qiyməti isə 37 manatdır. Bildiyiniz kimi, Tarif şurasının qərarı ilə dərman preparatlarının qiymətləri vaxtaşırı dəyişir. “Avromed Company” QSC Tarif Şurasının "Truksal" preparatı üçün təyin etdiyi qiyməti aşağıdakı cədvəldə təqdim edir.

"Avromed"dən açıqlama:


Qeyd edək ki, “Avromed Company” QSC istehsalçılardan alınan dərmanları aptek şəbəkələrinə və klinikalara Tarif Şurasının təyin etdiyi topdansatış qiymətlərlə satır".

Qeyd edək ki, AFN.az "Truksal" dərmanının "Vita aptek"də 37 manata, başqa bir aptekdə isə 17.38 manata satıldığını yazıb. Həmin yazı ilə BURADAN tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu