Əfqanıstanda məsciddən çıxan insanlara atəş açılması nəticəsində 3 nəfər öldü


Əfqanıstanın qərbindəki Fərəh əyalətində məsciddən çıxan insanlara atəş açılması nəticəsində 3 nəfər həyatını itirib.



Əfqanıstan mediasında yer alan xəbərə görə, dünən Poşt-e Kuh rayonunun Kotvali kəndindəki məsciddə qılınan təravih namazından sonra şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Hücumçuların məsciddən çıxan əfqanlara atəş açması nəticəsində 3 nəfər ölüb.

Farah polis rəisi Əbdül Zahir Hadem hücum edənlərin tutulması üçün işlərin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu