FTB Rusiyadakı terror aktından sonra ABŞ-da oxşar hücumlardan narahatdır


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey Moskvada 144 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra ABŞ-da koordinasiya edilmiş hücumlardan narahat olduğunu bildirib.



Vrey Nümayəndələr Palatasının alt komitəsində FTB-nin gələn il üçün büdcə tələbi ilə bağlı açıqlama verib.

FTB-nin Amerikanı terrordan qorumaq üçün maliyyəyə ehtiyacı olduğunu deyən Vrey, 22 martda Moskvada "Crocus City Hall"da konsert zalına hücumundan sonra koordinasiyalı hücum potensialından getdikcə daha çox narahat olduğunu vurğulayıb.

FTB direktoru İsrailin Qəzzaya hücumlarının da ABŞ-da şiddət riskini artırdığına diqqət çəkərək, o vaxtdan bəri xarici terror təşkilatlarının amerikalılara və müttəfiqlərinə qarşı hücum çağırışlarını müşahidə etdiklərini qeyd edib.

Vrey Çin, Rusiya, İran və Şimali Koreyadan gələn kiberhücumlara qarşı alınacaq tədbirlərin görülməsi lazım olduğuna da diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu